AĞACDƏLƏN/HOOPOE |
Ən son yenilənmə: 07/09/2010
Güntay Gəncalp: İranda yaşayan türklərin “oyanış” evrəsini keçirib öz haqlarına çatması bir az gerçək dışı kimi görünür. Çünkü bu mühit tarixi baxımdan fars kimliyi ilə öyləsinə örtülmüş, donatılmışdır ki, bu coğrafiyada qurulan türk dövlətləri də farsçılığın, fars dilinin və kültürünün xidmətçilərinə dönüşmüşlər.
Cavidan: "O qız artıq böyüyüb, ərə gedib, uşaqları var, hətta adı da dəyişib indi – Angedoniyadır artıq. Hərdən gəlib oturur yenə, danışır, yorur, bütün enerjimi vampir kimi özünə çəkib gedir…"
İradə Aytel:Getdin...
Gözlərimdə cücərib,
Ürəyimin altında böyüdün
Və getdin.
Ağalar Məmmədov:TMolla, allah kərimdir!
İslam təlimində allaha verilmiş adlar çoxdur. Məsələn, xaliq – yaradan, aqil – bilən və s. Bunlardan biri də «kərim»dir. Allah – kərimdir. Kərim – yəni bəxş edən, verən, əvəzsiz paylayan, heç kimi darda qoymayan, bütün canlıların ruzisini yetirən, bir sözlə, qeydə qalan, muğayat olan deməkdir.
Həmid Herisçi:
Gözlərində meyid vardı bu qarının
kirli dırnaqlarında
ölüm,
Aygün Kazımovanın mahnısını oxuyurdu
vücudundakı zülmət-“Qoy işıqları söndürüm!”
Arxasında isə yetim kitab dükanı…
Tərcüməçidən: Yazarın Kimliyindən qısa bilgi: Maslov Aleksey Aleksandroviç (5 oktyabr 1964-ci ildə Moskvada doğulmuşdur) – adlı-sanlı rus doğubilimçi (şərqşünas), professor, tarix elmlər doktoru, Rusiya Federasiyasi höküməti yanında Ali İqtisad Universitetinin doğubilim bölməsinin başçısıdır. Çin strateji araşdırmalar mərkəzinin direktorudur. Nyu-York və Kolarodo universitetlərinin professorudur, Çin Xalq Respublikasının, İngiltərənin, Hollandiyanın universitetlərində ardıcıl mühazirələr oxuyur.
Çinin mənəvi-ruhani, siyasi-toplum yaşayışı üzrə 21 kitabı, 100-dən çox elmi işi yayınlanmışdır.
Uzun illər buddaçı və daosçu yığnaqlarında (icmalarında) öyrənci olmuşdur, Şaolin monastrının yüksək çin almış öyrəncisidir; Şaolin uşusunun Dünya üzrə Federasiyasının başçılarından biridir, şaolin döyüşünün incəlikləri üzrə çoxsaylı çempionluq ödülləri vardır.
Yazılarının Azərbaycan türkcəsində yayınlanlması üçün yazarla anlaşmamız vardır.
Bu yazı A. A Maslovun “Bükelərin (Büke əski türkcədə əjdaha deməkdir) bəzəyi” kitabının bir bölməsidir ki, Anlamı korlamayan qısaltmalar (ixtisarlar) aparılaraq, Araz Gündüz sarıdan Azərbaycan türkcəsinə çevrilmişdir.
|